Suraxanı rayon Heydər Əliyev Mərkəzində "Dayanıqlı İnkişaf və Gender Bərabərliyi" mövzusunda görüş keçirilib

Fevralın 28-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon Heydər Əliyev Mərkəzi və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf və Gender Bərabərliyi" mövzusunda, gənclərin iştirakı ilə görüş keçirilib. Görüşdə məktəbin direktor müavini Yaqut Ağayeva və şagirdlər iştirak ediblər. Görüş Suraxanı rayon Heydər Əliyev Mərkəzində təşkil edilib.
Gənc səfir Ayan İsmayılova isə insan hüquqları, gender bərabərliyi və bu bərabərliyin pozulması zamanı yaratdığı problemlərdən danışıb və gənclərin suallarını cavablandırıb.
Sonda çıxış edən " Legion" Hərbi Vətənpərvərlik Klubunun fəal üzvü, Daxili İşlər Nazirliyi Xüsusi Vasitələrin tətbiqi dəstəsində Xüsusi Təyinatlı bölüyündən ehtiyatda olan hərbçi Nərmin Mənsurova peşə seçimində cinsi ayrı seçkiliyə yol vermə hallarının aradan qaldırılmalı olduğunu, polis, hərbi və bu kimi sahələrdə qadınların da kişilər qədər uğurlar əldə edə biləcəyini qeyd edib.
http://az.baku-art.com/index.php?newsid=25144