FƏNLƏRARASI ƏLAQƏLƏNDİRMƏ UĞURLU ALINDI

İnteqrativ təlim dünyagörüşlü, fəal, yaradıcı, problemlərin həlli və müstəqil qərarlar qəbul etmək üçün zəruri təhsil səviyyəsinə və bacarıqlara malik şəxsiyyət formalaşdırılması vəzifəsinin ön plana çıxdığı hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir. Kurikulum şagirdlərə öyrənmə zamanı müxtəlif fənlər arasında bilik və konsepsiya səviyyəsində dəyərli əlaqələr yaratmaqda köməklik göstərir. Bu yanaşmaya görə şagird məktəbdə tədris olunan fənlər vasitəsi ilə müxtəlif sahələr üzrə seçilmiş məzmunu öyrənməli və tətbiq etməyi bacarmalıdır.
Rus bölməsi üzrə müəllimlər Günel Paşayeva və Zeynəb Kərimova tarix və ədəbiyyat fənləri arasında inteqrasiya etdilər. Şagirdlər ilk öncə Xocalı haqqında geniş məlumatlar verdilər. Daha sonra dərslikdən mətn üzərində iş apardılar.