"XOCALINI UNUTMAYAQ" ADLI TƏDBİR KEÇİRİLDİ

Məktəbin fəaliyyət planına uyğun olaraq Xocalı Soyqırımı ilə əlaqədar tədbirlər, açıq dərslərin keçirilməsi davam edir. "Xocalını unutmayaq! " adlı tədbirdə valideynlər, şagirdlər, müəllimlər iştirak etdilər. Tədbirdə şeirlər, mahnı, səhnəcik və s kompozisiyalar təqdim edildi. Məktəbin direktoru Fəridə Şərifova açılışda Xocalı faciəsi haqqında qeyd etdi ki, " Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırım deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu cür tədbirlərin təşkili bir daha göstərir ki, Xocalıda günahsız soydaşlarımızın başına gətirilən müsibətlər heç vaxt yaddaşlardan silinməyəcəkdir. Hazırkı tədbirdə yetişməkdə olan gənc nəslin nümayəndələrinin iştirakı təsadüfi deyil. Onlar bilməlidirlər ki, Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir. Bu tarix bizim qan yaddaşımızdır. Böyüyən nəsil tarixin bu səhifəsini yaddaşına həkk etməli və heç zaman unutmamalıdır”.