"ANA HARAYI" ABİDƏSİNƏ ZİYARƏT TƏŞKİL OLUNDU

Məktəbin ibtidai sinif müəllimi Leyla Məmmədovanın iştirakı ilə 3 "C" sinfinin "Ana harayı" abidəsinə və Şəhidlər Xiyabanına ziyarəti təşkil olundu. Şagirdlər abidə önünə gül dəstələri qoydular, Xocalı faciəsini xatırlamaqla öz vətənpərvərlik borclarından çıxmış oldular.
Xocalı soyqırımının baş verməsindən sonra, 1993-cü ildə hazırda heykəlin yerləşdiyi yerdə əlində öldürülmüş körpəsinin cəsədini qaldıran gənc ananın dramatik heykəli ucaldılmışdı. 1993-cü ildə qoyulmuş “Ana fəryadı” abidəsində Xocalı qadınlarının timsalı olan gənc qadın erməni cəlladları tərəfindən öldürülmüş körpəsini başı üzərinə qaldırıb. Bu görkəmdə həm imdad, fəryad var, həm də ittiham əks edilmişdir. Sanki, eyni taleni yaşamış Xocalı qadınlarının təmsilçisi bütün dünyanı ittiham edir, onlardan cavab tələb edir.