İLK DƏRS BEYNƏLXALQ ANA DİLİ GÜNÜNƏ HƏSR OLUNDU

   Məktəbin 4 e sinif müəllimi Natella Quliyevanın iştirakı ilə şagirdlər Beynəlxalq Ana dili günü haqqında geniş məlumatlar verdilər. Onlar qeyd etdilər ki, dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. 
Şagirdlər şeirlər və məlumatlar, dialoqlar danışdılar. Dərs olduqca maraqlı keçdi. Sinif müəllimi sonda şagirdlərin diqqətinə çatdırdı ki, dilin gözəlliyi həm də onu işlədənlərdən, onların nitq bacarığından asılıdır. Biz çalışmalıyıq ki, dilimizin saflığını və gözəlliyini qoruyaq. Dilimizi inkişaf etdirib yaşatmaq özümüzü yaşatmaqdır, tariximizi yaşatmaqdır. Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Bizim müqəddəs borcumuz onu qorumaq və inkişaf etdirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi