BEYNƏLXALQ ANA DİLİ GÜNÜ MÜNASİBƏTİLƏ AÇIQ DƏRS KEÇİRİLDİ

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
Beynəlxalq Ana Dili Günü — (BMT dillərində: ing. International Mother Language Day, ) — UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.
"Beynəlxalq Ana dili günü" münasibətilə 9 C sinfində açıq dərs keçirildi. Sinif müəllimi Qasımova Şəlalə Ana dili haqqında geniş məlumat verdi. Şagirdlər video slaydlarla hazırlanmış məlumatları nəzərə çatdırdılar.