“Xocalı soyqırımı şagirdlərin gözü ilə” mövzusunda inşa müsabiqəsi keçirildi

    26 fevral Xocalı soyqırımı miqyasına və dəhşətlərinə görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş bir soyqırımıdır. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf etmişdir. Xocalı soyqırımının gələcək nəsil üçün unudulmamağı təbliği orta məktəbdən başlayır. Bu məsuliyyət müəllimlərin üzərinə düşən bir borcdur. Bugün məktəbin "Gənc Heydərçiləri" arasında “Xocalı soyqırımı şagirdlərin gözü ilə” adlı inşa müsabiqəsi keçirildi. Şagirdlər orta məktəbdən, ailədən, televiziyadan əldə etdikləri məlumatları sanki o dəhşətli faciəni yaşayırmış kimi yazdılar. Müsabiqənin qalibləri tezliklə müəyyənləşdiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi