İNGİLİS DİLİ FƏNNİNDƏN ŞAGİRDLƏR ŞİFAHİ NİTQ BACARIQLARINI UĞURLA NÜMAYİŞ ETDİRDİLƏR

   Məktəbin 5 "E" sinif şagirdləri ingilis dili fənnindən qısa dialoqlar, sadə danışıq cümlələrindən ibarət səhnəciklər təqdim etdilər. Dərs ümumi olaraq şifahi nitq bacarıqlarının nümayiş etdirilməsinə həsr olundu. Şagirdlər hazırladıqları səhnəciklərlə təqdim olunan nitq modellərini, o cümlədən nitq etiketlərini başa düşdüklərini, düzgün tələffüz vərdişlərinə yiyələndiklərini, kiçikhəcmli sadə mətnlərin məzmununu başa düşdüklərini, sadə nitq modellərindən və nitq etiketlərindən istifadə edərək ünsiyyət qurmaq bacarıqlarını nümayiş etdirdilər. Dərs uğurlu keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi