ŞAGİRDLƏRLƏ PSİXOLOJİ İŞ UĞURLU ALINDI

Məktəbin psixoloqu Aysel Novruzovanın şagirdlərlə mütamadi olaraq psixoloji işi davam edir. Bu dəfə o, şagirdlərin sinfə və müəllimlərə adaptasiya olması barədə söhbətlər apardı. Bu psixoloji iş şagirdlərdə əhval-ruhiyyəni qaldırdı. Psixoloji iş zamanı şagirdin təlimə marağının olmamasının, neqativ davranışının, həmyaşıdları və müəllimləri ilə şəxsiyyətarası münasibətlərdəki problemlərinin və s. səbəbləri araşdırıldı. Bu zaman uşağın yaş və fərdi-psixoloji xüsusiyyətləri, ailədaxili münasibətləri nəzərə alındı. Dərsdən sonra bəzi şagirdlərlə təkbətək görüşlər oldu, bəzi problemlər aradan götürüldü.