Məktəbin psixoloqu “Şagirdlərdə özgüvən və motivasiyanın yaradılması” mövzusunda söhbət apardı

Məktəbin psixoloqu Aysel Novruzova tərəfindən öncə hisslərini, düşüncələrini, hirs və aqressiyaları, qorxu və həyəcanlarını özlərindən atmaq üçün 9 "C" sinfində "Yazı terapiyası" keçirildi. Daha sonra isə pozitiv düşünməklə bağlı söhbətlər aparıldı. Şagirdlərlə mütamadi olan bu görüş onlarda özgüvən və dərslərində yüksək motivasiya yaranmasına səbəb olur.