VƏTƏNPƏRVƏRLİK MÖVZUSUNDA ŞAGİRDLƏRLƏ SEMİNAR KEÇİRİLDİ

Ölkəmizin hər yerində olduğu kimi 275 nömrəli məktəbdə müəllimlərin tədris etdikləri dərslərdən əlavə vətənpərvərlik hisslərinin təbliğinə yönəlmiş informasiyalar da gənclərə çatdırılır. Gənclərin çağırışaqədərki hazırlıq dərsliyini geniş mənimsəyən şagirdlərimiz sabahın Vətən müdafiəçiləridir. İşğal altında olan torpaqlarımızın tarixi barədə geniş məlumat onlara yetərincə aşılanır. Suraxanı rayon Hərbi komissarlığından gələn nümayəndələr şagirdlərə vətənpərvərlik mövzusunda söhbət apardılar. Hər bir müəllimin əsas vəzifəsi gənc nəsli xalqımıza layiq vətəndaşlar kimi tərbiyə etməkdir.