"Mübariz İbrahimov gənclərimiz üçün vərtənpərvərlik nümunəsidir."

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində aparılan işlər çərçivəsində milli qəhrəmanlarımızın gənclər arasında təbliği, onların adlarının əbədiləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
7 fevral milli qəhrəman Mübariz Ibrahimovun doğum günü münasibətilə məktəbin "GƏNC HEYDƏRÇİ" ləri və "TARİXİ ÖYRƏNİRİK" DƏRNƏYİNİN ŞAGİRDLƏRİ fəxri xiyabanda şəhidi ziyarət etdilər. Gül dəstələri qoydular, məzarı başında ona həsr olunan şeir parçalarını söylədilər.
Daha sonra şagirdlər Ulu Öndər Heydər Əliyevin məzarını, tanınmış xadimləri də yad etməyi özlərinə borc bildilər.
Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş Azərbaycanın Milli Qəhramanlarının gənc nəslə tanıdılması və gənclərə bu uca ada layiq olan hər bir Milli Qəhramanlarımız, onların həyatı, keçdiyi böyük və şərəfli döyüş yolları, göstərdiyi igidliklər haqqında ətraflı məlumat vermək müəllimlərin şərəfli borclarından biridir.
Mübariz İbrahimovla Azərbaycanda Vətənpərvərliyin yeni dalğası yayıldı. Qəhrəman Azərbaycan övladının nümayiş etdirdiyi rəşadət ölkədə ona bənzəmək istəyənlərinin sayını artırdı.