Məktəbin psixoloqu "Şagirdlərdə aqressiyanın aşkarlanması və qarşısının alınması yolları" haqqında psixoloji söhbət apardı

Məktəbin psixoloqu mütamadi olaraq şagirdlərlə görüşür. Şagirdlərdə ortaya çıxan problemlər müəllim və valideynlərlə müzakirə olunur. Şagirdlə, valideynlə və müəllimlərlə və zəruri hallarda digərləri ilə psixoloji konsultasiyalar aparılır. Konsultasiya zamanı şagirdin təlimə marağının olmamasının, neqativ davranışının, həmyaşıdları və müəllimləri ilə şəxsiyyətlərarası münasibətlərdəki problemlərinin və s. səbəbləri araşdırılır.
Bu dəfə 8 "D" sinifndə aqressiyanın qəfil yarada biləcəyi hadisələr, uşaqlarda əsəb sisteminin pozulmasına və somatik xəstəliklərin yaranmasına gətirib çıxara bilən hallardan söhbət edildi, məsləhətlər verildi.Şar üsulu ilə şagirdlərə çatdırıldı ki, qəfil əsəbi hallar yaranarkən bir anda insanda hansı fəsadlar özünü göstərə bilər.