"ƏSRİN MÜQAVİLƏSİ" MÖVZUSUNDA SEMİNAR KEÇİRİLDİ
275 nömrəli məktəbin direktoru Fəridə Şərifova 285 nömrəli məktəbdə "Əsrin müqaviləsi " mövzusunda şagirdlər və müəllimlər qarşısında çıxış etdi. Çıxışın məqsədi şagirdlərə Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi mövzusu ətrafında geniş məlumatlar çatdırmaq idi. Çıxışda qeyd edildi ki , Ümummilli liderimiz, xalqımızın böyük oğlu Heydər Əlirza oğlu Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən görkəmli sima, dövlət idarəçiliyi sahəsində böyük, təcrübəli siyasət adamı, dövlət xadimi idi. Bu fenomenal şəxsiyyət Azərbaycanımızın, dövlətimizin tarixində ədəbi qalacaq və həmişə anılacaqdır. Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr etmiş mətin dövlət xadimi, xalqını hədsiz sevən qüdrətli şəxsiyyətdir. Fəridə Şərifova xüsusi vurğuladı ki, Heydər Əliyev birinci dəfə Azərbaycana rəhbər təyin olunanda respublikamızda iqtisadi gerilik və mənəvi süstlük hökm sürürdü. O, fəaliyyətə başladıqdan dərhal sonra qısa müddət ərzində respublikamızda oyanış və bütün sahələrdə əsaslı irəliləyiş baş verdi. Bu canlanma ölkəmizdə iqtisadi inkişafa, mədəni və mənəvi yüksəlişə gətirib çıxartdı. Çətin dövrdə Azərbaycanın elə bir bölgəsi olmadı ki, orada sənaye, energetika, kənd təsərrüfatı müəssisəsələri, mədəniyyət, elm və təhsil ocaqları tikilməsin. Məruzədə həmçinin ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi həyata keçirdiyi işlərdən, o cümlədən ölkəmizdə əsaslı sabitlik və inkişafın əldə olunmasındakı rolundan bəhs edildi. Ulu Öndərin zəngin irsinin dərindən və hərtərəfli öyrənilməsinin böyük əhəmiyyətə malik olduğu da şagirdlərə vurğulandı.