ŞƏHİD ƏLƏKBƏR EYVAZOVUN DOĞUM GÜNÜ YAD EDİLDİ

Şəhidi olan xalq qəhrəman xalqdır !
275 nömrəli tam orta məktəbin adını daşıyan şəhid Eyvazov Ələkbər Almaxan oğlu 1973-cü il fevralın 2-də anadan olub. Hər il olduğu kimi bu il də şəhidin doğum günü yad edildi. Məktəbin VIII sinif şagirdləri arasında keçirilən yarış şəhidin xatirəsinə həsr olundu. Yarış məktəb rəhbərliyi, müəllimlər, şəhidin qardaşının iştirakı ilə açıq elan olundu, dövlət himni səsləndirildi. Sonda qaliblərə diplomlar veruldi.