SABIS® SUN BEYNƏLXALQ MƏKTƏBİNİN MÜƏLLİMLƏR ÜÇÜN OLAN TƏLİMİ BAŞA ÇATDI

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə SABIS® Sun Beynəlxalq Məktəbində 60 ingilis dili müəllimi üçün 6 aylıq ödənişsiz təlim keçirildi. Bu təlimdə 275 nömrəli məktəbin ingilis dili müəllimi Mirzəyeva İnarə də iştirak etdi. İngilis dili təkmilləşdirmə kursu müəllimlərin dinləmə, oxu, yazı bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədi daşıyırdı. Təlimin rəhbərləri əcnəbi müəllimlər idi. Sonda müəllimlərə sertifikat təqdim edildi.
Uğurları bol olsun !!!