RİYAZİYYAT FƏNNİNDƏN NÖVBƏTİ AÇIQ DƏRS KEÇİRİLDİ

   Riyaziyyat dərslərində şagirdlərdə təfəkkür prosesi sürətlənir, idrak fəallığı artır, eləcə də müəllim onlara düzgün istiqamət verməklə riyazi biliklərə yiyələnmələrini təmin edir. Müəllim dərsdə müxtəlif təlim üsullarından, formalarından istifadə etməklə şagirdləri tədqiqatçılığa, düşünməyə və axtarışlar aparmağa yönəldir.

Məktəbin riyaziyyat müəllimi Sevinc Rüstəmova 6 b sinfində açıq dərs təqdim etdi. Dərs zamanı şagirdlər fəallıq göstərərək lövhədə riyazi ifadələr, mötərizələrin açılması mövzusuna uyğun misallar həll etdilər.

Müəllimin riyaziyyatı şagirdlərə sevdirə bilməsi də bir bacarıq, ustalıqdır. Təhsil verən yaradıcıdır və davamlı olaraq özünü inkişaf etdirməlidir. Yaradıcı müəllim isə öz metodunu yaratmaqdan çəkinməməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi