RİYAZİYYAT FƏNNİNDƏN AÇIQ DƏRS KEÇİRİLDİ

Təlimin əsas təşkili forması olan dərs müəllim əməyinin elmi-metodiki və praktik cəhətlərini özündə ehtiva edir. Buna görə müəllim fəal təlim mexanizmlərindən səmərəli istifadə etməyə nail olmaq üçün texnoloji bacarığa malik olmalıdır.
Məktəbin riyaziyyat müəllimi Şölə Əbilovanın VIII "D" sinfində verdiyi açıq dərs “ Activeinspire “ proqramında, Promethean interaktiv lövhəsində həyata keçirildi. Açıq dərs üçün tapşırıqlar və proqramın daxilində web -2 alətlərindən istifadə edərək bir-birindən maraqlı məsələ-misallar hazırlanmışdı. 20 Yanvar tarixinə təsadüf etdiyi üçün dərsin əvvəlində şagirdlər həmçinin 20 yanvar şəhidlərini yad etdilər. Şagirdlərin fəallığı onların fənnə olan marağının və müəllim zəhmətinin nəticəsinə bir nümunə idi.