20 YANVAR ŞƏHİDLƏRİ UNUDULMUR

20 Yanvar xalqımızın qan yaddaşıdır. Azərbaycan xalqı 20 Yanvar faciəsini heç vaxt unutmayacaq. Hər il olduğu kimi, bu il də Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan oğul və qızlarımızın məzarlarını şagirdlər və onların valideynləri ziyarət edir və məzarların üzərinə gül dəstələri qoydular. Müəllim və valideynlər vəzifə borcunu layiqincə yerinə yetirməyə çalışır. Belə ziyarətlər uşaqların yaddaşında qalacaq və onlar şəhidlərimizi heç vaxt unutmayacaqlar.