Məktəblilər Şəhidlər xiyabanını ziyarət etdilər

Qanlı Yanvar faciəsi unudulmur. Hər il olduğu kimi 275 nömrəli məktəbin şagirdləri şəhidlər xiyabanını ziyarət etməyi özlərinə borc bilirlər. “20 Yanvar faciəsinin keçirilməsi barədə Tədbirlər Planı”na əsasən məktəblilərin Şəhidlər xiyabanına təşkil olunan ziyarətləri böyük əhəmiyyət daşıyır. Şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün anladılması müəllimlərin üzərinə düşən bir borcdur.