"NARKOMANİYAYA YOX DEYƏK" MÖVZUSUNDA TƏDBİR KEÇİRİLDİ

Narkomaniya hazırda cəmiyyətin ən böyük qlobal problemlərindən biridir. Son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizə xeyli güclənmişdir. Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası məqsədilə məktəblərdə müsabiqələr, seminarlar və “dəyirmi masa”lar keçirilməkdədir.
Həmçinin bugün 275 nömrəli məktəbdə bu mövzuda tədbir keçirildi. Tədbirdə Bakı Şəhəri üzrə Baş Polis İdarəsinin YYÇ üzrə profilaktik işin təşkili bölməsinin rəisi polis polkovniki leytenant Məryəm xanım Ömərova, Bakı Şəhəri üzrə Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili polis mayoru Naib Ömərov, məktəbin direktoru, direktor müavinləri, məktəbin psixoloqu, fənn müəllimləri və şagirdlər iştirak etdi.
Tədbirin məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməyə, onların hüquq və mənafelərini qorumağa, qanunazidd əməllərin qarşısını almağa, tədris müəssisələrində təlim-tərbiyə işlərinin gücləndirilməsinə, antinarkotik təbliğat və maarifləndirmə, məktəblilərin sağlam həyat tərzi ilə əlaqədar fiziki hazırlıqların inkişaf etdirilməsi, yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində olmuşdur.