Şagirdlərin Hərb Tarixi muzeyinə səfəri təşkil olundu

Məktəbin ibtidai sinif müəllimi Leyla Məmmədovanın iştirakı ilə 3 "C" sinif şagirdlərin Hərb Tarixi muzeyinə səfəri təşkil olundu. Hərbi vətənpərvərlik hissini gücləndirmək məqsədilə Azərbaycan Hərb Tarixi Muzeyində şagirdlər yadda qalan gün keçirdilər.
Bələdçi muzeyin ilk zalı olan qədim, erkən, orta əsrlər dövrü, Manna-Midiya, Atropatena, Albaniya, Səfəvilər dövlətləri, Azərbaycanda xanlıqların yaranması və onların qoşun növləri haqqında ətraflı məlumat verdi. Muzey bələdçisi 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qurucuları, dövlət atributları - gerbi, bayrağı, himni ilə bağlı ətraflı məlumatları ekskursiyada iştirak edənlərə çatdırdı.