İngilis dili aylığı çərçivəsində açıq dərs keçirildi
Məktəbin ingilis dili müəllimi Simuzər Qocayevanın təqdimatında 11 ci sinif şagirdləri ilə "İntibah dövrünün dühası –William Shakespeare " mövzusunda açıq dərs keçirildi. İngilis dilində aparılan açıq dərsdə dünya ədəbiyyatının ən məşhur dramaturqlarından olan, 17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və sonetlər silsiləsinin müəllifi Vilyam Şekspirin Avropa teatr sənətinin və ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən danışıldı. Şagirdlərin iştirakı ilə geniş məlumatlar, video slaydlar, qrup işləri və s. maraqlı təqdimatlar oldu.