275 SAYLI ORTA MƏKTƏBDƏ "ŞAGİRDLƏRİN MÜTALİƏ MƏDƏNİYYƏTİ"

   275 saylı tam orta məktəbdə şagirdlərin kitabxana ilə yaradılan əməkdaşlığı, şagirdlərin debat aparması ənənəsi davam etdirilir. Mütamadi olaraq şagirdlər mütaliəyə böyük maraq göstərirlər. Onlar məktəb kitabxanası ilə tez-tez sıx əlaqədə olurlar. Bügün də məktəb kitabxanasında 6-7-ci siniflər ədəbiyyat müəlliməsi və məktəb rəhbərliyi ilə birgə Azərbaycan və xarici ədəbiyyat aləminə səfər etdilər. Müxtəlif tanınmış yazıçılar haqqında məlumat verdilər, şeirlər söylədilər, oxuduqları əsərlərdən səhnəciklər göstərdilər. Məktəbin direktoru sonda qeyd etdi ki, təhsil müəssisələrində mütaliə mədəniyyətinin inkişaf etdirilməsi üçün şagirdlərə şərait yaradılmalıdır. Həmçinin bizim məktəbdə şagirdlərdə oxuya marağın artırılmasına, onların oxuduqlarını müzakirə yolu ilə dəyərləndirməsinə şərait yaradılır. Düşünürük ki, bu cür işlər ölkəmizin bütün məktəblərində tətbiq olunacaq, yeniyetmə və gənclərimizin zehni inkişafını gücləndirəcək və yeni mütaliə mədəniyyətini formalaşdıracaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi