İNGİLİS DİLİ FƏNNİNDƏN "AÇIQ DƏRSLƏR" DAVAM EDİR

Məktəbin fəaliyyət planına əsasən dekabr xarici dil aylığı hesab olunur. Məktəbin ingilis dili müəllimi İnarə Mirzəyevanın təqdimatında VI "B" sinfində "Fəsillər" mövzusunda maraqlı açıq dərs keçirildi. Şagirdlər hər fəslə aid məlumatlar, dialoqlar, qrup işləri, təqdimatlar keçirdilər. Slaydlarla təqdim olunan fəsillərin xüsusiyyətlərini şagirdlər qeyd etdilər. Yeni qaydaya uyğun tapşırıqları qrup şəklində təqdim etdilər.