İlk dərslər Ulu öndər H.Əliyevin anım gününə həsr olundu

Müasir Azərbaycan bu gün demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyir. Ulu öndərin Azərbaycanın bu günü, sabahı üçün gördüyü işlər həyatımıza o qədər nüfuz edib ki, bu gün Azərbaycan deyəndə ümummilli liderimiz, Heydər Əliyev deyəndə isə Azərbaycan başa düşülür. Həyatımızın hər anı üçün müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevə borcluyuq.
275 nömrəli məktəbin şagirdləri ulu öndərin tövsiyələrinə sadiq qalaraq üzərilərinə düşən işi məsuliyyətlə yerinə yetirməyə çalışırlar. Çünki ümummilli lider Azərbaycanın gələcəyi olan məktəblilərə, gənclərə inanırdı və böyük ümidlər bəsləyirdi.
İlk dərs 5 "F" sinfində Ulu öndərin anım günü ilə bağlı oldu. Şagirdlər dərsə himn ilə başladılar. Daha sonra şeirlər, məlumatlar verdilər. Rəsm və əl işlərini təqdim etdilər.