FIZIKA FƏNNİNDƏN AÇIQ DƏRS KEÇİRİLDİ
Müasir dövrdə fizika elmi-texniki tərəqqinin aparıcı qüvvəsinə çevrilmişdir. Bu elm sahəsində əldə olunan nailiyyətlər canlı və cansız təbiətin sirlərinin açılmasında, həyat və məişətimizdə, tibb sahəsində, xalq təsərrüfatının ən müxtəlif sahələrində irəli çıxan çətinliklərin aradan qaldırılmasında özünü göstərir. Fizika fənninin başlıca vəzifəsi şagirdlərin təfəkküründə təbiətin əsas qanunlarını cəmləşdirmək və buna əsasən də obyektiv aləmin tam mənzərəsini yaratmaqdır.
Keçilən mövzunu həyatla, təbiətlə istehsalatla əlaqələndirəndə şagirdlərin fizika fənninə marağı artır, gələn dərsi səbirsizliklə gözləyirlər ki, daha hansı maraqlı faktları eşidəcəklər.
9 "E" sinfində "Maqnit sahəsi və Lorens qüvvəsi" mövzusunda təqdim olunan açıq dərsdə məktəbin fizika müəllimi Alidə Mehdiyevanın fizikanın tədrisi prosesini belə maraqlı faktlarla zənginləşdirəndə şagirdlərdə elmi dünya görüşünü formalaşmasından başqa digər fənlərlə - kimya, biologiya, coğrafiya və riyaziyyatla inteqrasiyasına nail oldu.