"GƏLƏCƏYİMİZ ÜÇÜN AĞAC ƏKƏK" DEVİZİ ALTINDA AĞACƏKMƏ AKSİYASI KEÇİRİLDİ

Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə məktəbin həyətyani sahəsində ağacəkmə aksiyası keçirildi. Abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, şagirdlərin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.