275 SAYLI ORTA MƏKTƏBDƏ "MİLLİ QƏHRƏMANLARIMIZ UNUDULMUR" MÖVZUSUNDA ƏDƏBİ BƏDİİ GECƏ

275 saylı orta məktəbin adını daşıyan Milli Qəhrəman şəhid Ələkbər Eyvazovun və Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş bədii gecə keçirildi. Şagirdlər şəhidlər haqqında məlumat verdilər, qəhrəmanlıq haqqında şeirlər söylədilər. Həmçinin şəhid Ələkbər Eyvazovun anası da iştirak edirdi. Sonda onun şərəfinə ucaldılmış abidə üzərinə qərənfillər qoyuldu.