12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!

    Ümummilli lider Heydər Əliyevin dünyanı dəyişmiş insanlar cərgəsinə aid etmək olar. Müasirləri onun gördüyü işləri hələ layiqincə dəyərləndirməyiblər. XX əsr və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir. Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. O, şagirdlərin gözündə əvəzedilməz, dahi şəxsiyyət olaraq qalıb və qalacaq .

   Məktəbin 5 "B" sinif şagirdləri ingilis dili müəllimi Hilalə Hüseynovanın iştirakı ilə 12 dekabr – xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günü münasibətilə Fəxri Xiyabana və akademik Zərifə Əliyevanın qəbrini ziyarət etdilər, büstü önünə güllər qoydular. 
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi