ŞAGİRDLƏRİN KERAMİKA VƏ DULUSÇULUQ EMALATXANASINA EKSKURSİYASI TƏŞKİL OLUNDU

   Məktəbin 7 b sinif şagirdləri sinif müəllimi Aytən Həşimovanın iştirakı ilə Keramika və dulusçuluq emalatxanasına , daha sonra isə Hərb Tarixi muzeyinə səfər etdilər. Şagirdlər üçün olduqca maraqlı keçən bu gün yaddaqalan oldu. Azərbaycanda sənətkarlıq istehsalının ən qədim sahələrindən olub bu günə qədər öz əhəmiyyətini saxlayan Dulusçuluq peşəsi gilin xüsusi formaya salınması və xüsusi bişirilməsi ilə bağlı peşəsidir. Şagirdlər müxtəlif formada keramik qabların hazırlanmasında iştirak etdilər.

Daha sonra isə hərbi vətənpərvərlik hissini gücləndirmək məqsədilə Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya etdilər. Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində nümayiş olunan hərbi texnikalar haqqında verilən məlumat iştirakçılarda xoş təəssürat yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi