İDMAN ÜZRƏ FƏXRİMİZİN UĞURLARI

Prezident İlham Əliyev: “Azərbaycan güclü idman dövlətidir” .
İlham Əliyevin gənclərə idman sahəsində yaratdığı şərait əvəzedilməz və danılmazdır. Dövlət başçısı bildirir ki, idmanın inkişafındakı əsas məqsəd onun kütləviliyinə nail olmaqdır. Dövlətin bu sahəyə xüsusi diqqət yetirməsi, idmançıları diqqətdə saxlaması, onları mükafatlandırmasının da başlıca qayəsi məhz insanlarda idmana olan həvəsin artırılmasıdır. Azərbaycanın idmanda qazandığı uğurları ölkəmizə mötəbər idman qurumlarında olan hörməti və etimadı da artırır.
275 nömrəli məktəbin idman üzrə saysız fəxrləri var. Onlardan biri 4 e sinif şagirdi Alışov Hüseyn Cüdo üzrə "İşıqlı Azərbaycan" İdman İctimai birliyində II yer tutduğu üçün Diplomla və medalla mükafatlandırılıb. Onun Cüdo üzrə aşağıdakı digər bir neçə uğurları olmuşdur. Növbəti yarışlarda uğurlar!