FİZİKA AYLIĞI ÇƏRÇİVƏSİNDƏ DƏRS DİNLƏMƏLƏR OLDU

Dərs təlim və tərbiyənin təşkilat forması içərisində mərkəzi yer tutur. Eləcə də dərs bir tədbir vahidi kimi təlimin vəzifə, məzmun və üsullarını öz tərkibində birləşdirir.
Fənn aylıqlarına görə noyabr ayı "Fizika aylığı" olduğu üçün mütamadi olaraq dərsdinləmələr keçirilir. Fizika müəllimi Rada Quliyeva 6 b sinfində dərs zamanı şagirdlərlə səmərəli əksəlaqənin təmin olunmasını, əməkdaşlıq şəraitini, şagirdlərin müstəqil fəaliyyəti, sərbəst rəy söyləmələri, başqasının, o cümlədən müəllimin fikrinə münasibət bildirməsi üçün şəraitin yaradılması kimi keyfiyyət göstəricilərinin öhdəsindən mükəmməl gəldi. Dərs olduqca maraqlı keçdi.