"Bayrağım qürur mənbəyimdir" adlı tədbir qeyd edildi

Bayrağımız qürur mənbəyimizdir! Ulu öndər bayrağımız haqqında demişdir: - "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir." Xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə keçmişimizdə olduğu kimi bu gün də hər bir vətəndaşımızın üzərinə ciddi mənəvi məsuliyyət qoyur. Bu məsuliyyət dövləti, milli maraqların daim keşiyində dayanmağın ictimai-siyasi əxlaqına yüksəlir. Fərd – vətəndaşlığın əxlaqi yükünü öz çiyinlərində hiss etdikcə, onun dövlətçilik idealları püxtələşir. Şagirdlərdə vətənnpərvlik ruhda böyütmək üçün məktəblərdə mütamadi olaraq tədbirlər, dəyirmi masalar təşkil olunur.
275 nömrəli məktəbin ibtidai sinif müəllimi Yavər Qəhrəmanovanın təşkilatçılığı ilə möhtəşəm tədbir keçirildi. Tədbirin vətənpərlik ruhda nə dərəcədə yüksək tərtib olunması alqışalayiq idi.