İlk dərslər 9 noyabr Bayraq Gününə həsr edildi

İlk dərslər 9 noyabr Bayraq gününə həsr edildi. “Həqiqətən də “Bir kərə yüksələn bayraq bir daha enməz” sözü öz yerini tutub. Şagirdlər bu mövzuda geniş məlumatlar verdilər. "Ulu Öndərin Azərbaycan sevgisi o dərəcədə böyük idi ki, sovet dövlətinin hələ son dərəcə qadir olduğu bir vaxtda ərazi baxımından kiçik olan Naxçıvan sanki bütün SSRİ-yə qarşı qiyam etdi. Ulu öndərin Naxçıvan Milli Məclisinə rəhbərlik etdiyi dövrdə Naxçıvanda SSRİ bayrağı endirilib və yerinə Azərbaycanın milli rəmzi olan üçrəngli bayraq ucaldılıb. Ulu Öndərin bu cəsarətli addımı, əlbəttə ki, dünya tarixinə yazılmalı bir addım olub”.