SIĞINACAQ EVİNƏ ZİYARƏT OLUNDU

   Qadınlara qarşı zorakılıq cəmiyyətin problemidir. Dünyanın istənilən yerində qadınlar bu problemlə üzləşə bilir. Buna görə də, inkişaf etmiş ölkələrdə zorakılıq qurbanı olan qadınlar üçün sığınacaq evləri — reabilitasiya mərkəzləri yaradılıb. Azərbaycanda ölkənin dörd rayonunda qadın sığınacaq evlərinin fəaliyyəti nəzərdə tutulub. Bakı şəhərində yerləşən sığınacaq “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovaya məxsus evdə yerləşir. O qadınlara və orda yaşayan uşaqlara kifayət qədər diqqət və qayğı göstərir.

275 nömrəli məktəbin müəllimləri Aynur Məmmədova və Zülfiyyə Qarayevanın iştirakı ilə məktəb kollektivinin topladığı qadın və uşaq geyimləri sığınacağa verildi. Ehtiyacı olanların üzünü az da olsa güldürmək ən böyük xoşbəxtlikdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi