9 noyabr Dövlət Bayrağı günü münasibətilə Heydər Əliyev Mərkəzində şeir müsabiqəsi keçirildi

Noyabrın 7-də Suraxanı rayon Heydər Əliyev Mərkəzində Suraxanı rayon Gənclər və İdman İdarəsinin, Qurban Abbasov adına Qaraçuxur Mədəniyyət evinin və Suraxanı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Mənim bayrağım” adlı şeir müsabiqəsi təşkil olunub. Müsabiqə Suraxanı rayon təhsil müəssisələrinin şagirdləri arasında keçirilib. Müsabiqədə qalib gələn məktəbin 3 a sinif şagirdi Babaşlı Rifat Fərid oğlu diplomla mükafatlandırıldı.