9 noyabr Bayraq Günü münasibətilə silsilə tədbirlərə start verildi

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
Hər il olduğu kimi bütün umumtəhsil məktəblərində bu mövzuda bir-birindən maraqlı işlər təşkil olunur. 275 nömrəli məktəbin 4 e sinif şagirdləri və sinif müəllimi Natella Quliyevanın təqdimatında açıq dərs təqdim edildi. Dərs Bayraq gününə həsr edildi. Şagirdlər Dövlət bayrağının yaranma tarixindən geniş məlumatlar verdilər.