MƏKTƏBLİLƏRARASI IV FƏNN MÜSABİQƏLƏRİNİN QALİBLƏRİ ELAN OLUNDU

Noyabrın 1-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə IV Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Qaliblər içində 275 nömrəli məktəbin VI sinif şagirdi Əliyev Gülmirzə Tərlan oğlu riyaziyyat fənni üzrə III yerə layiq görüldüyü üçün diplomla təltif olunur. Həmçinin mərasimdə fənn müəllimi Şəhla Qurbanova da mükafatlandırılıb.
Mərasimdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, millət vəkilləri və təhsil ekspertləri iştirak edib.Çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, son illərdə təhsil sisteminin yenidən qurulması və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması uğurla həyata keçirilir. Azərbaycanda istedadlı uşaq və gənclərin səmərəli təhsil almasını təmin etmək məqsədilə yeni tipli tədris müəssisələrinin şəbəkəsi genişləndirilib, lisey və gimnaziyalarda təhsilin məzmunu müasir tələblərə uyğunlaşdırılıb.