İDMAN ÜZRƏ FƏXRLƏRİMİZ

İdman üzrə 275 nömrəli məktəbin şagirdləri daim irəlidə olurlar. 4 b sinif şagirdləri Əliyev Sadiq və Sadıqzadə İsmayıl TAEKVANDO idman növü üzrə keçirilən beynəlxalq turnirdə bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb 1-ci yerə layiq görülüb. Yüzlərlə iştirakçı arasında qalib gələn istedadlı məktəblilər əldə etdiyi uğura görə diplomla, medalla təltif edilib.
Bütün bunlar bir daha sübut edir ki,Prezident İlham Əliyevin tərəfindən Azərbaycanda idmana böyük diqqət və qayğı göstərilir. “Və məqsədimiz məktəblilər arasında fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idmanın kütləviliyini dahada genişləndirmək, məktəblərdə sağlam və aktiv həyat tərzini təşviq etmək, olimpiya idman irsinin davam etdirilməsindən ibarətdir”, deyə o bildirib.