"Yol hərəkəti qaydaları" ilə bağlı tədbir keçirildi

Məhz məktəb dövründən şagirdlərdə yol hərəkəti qaydalarına riayət etmələrinə dair təlimatların verilməsi müəllimlərin üzərinə düşən vəzifədir. Bu mövzuda Suraxanı RPİ-nin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi polis mayoru Elmin İsgəndərov, DYPŞ-nin rəisi polis polkovnik-leytenantı Tofiq Quliyev, axtarış üzrə inspektoru polis baş leytenantı Əkrəm Mahmudov, Canlı Svetafor Xalid Musayev, məktəbin direktoru Fəridə Şərifova müəllim kollektivi və şagirdlər qarşısında yol hərəkətinin təhlükəsizliyi mövzusunda geniş çıxış etdilər. Eyni zamanda azyaşlılarla bağlı baş vermiş yol nəqliyyat hadisələrini təhlil etdilər. Gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə tövsiyələr verildi, yol hərəkəti qaydaları kitabçası tədbirdə iştirak edən şagirdlərə paylandı. Sual-cavabda fəal iştirak edənlərə hədiyyə təqdim edildi.