Sağlam Təhsil sinfində " Bitkilərə qulluq" mövzusunda dərs təqdim edildi

   2 e Sağlam Təhsil sinfində "Bitkilərə qulluq" mövzusunda dərs təqdim edildi. Bacarıqlı, əl qabiliyyəti olan şagirdləri irəli çəkmək müəllimlərin borcudur. Məhz 2 e sinfində bütün şagirdlər yüksək əl qabiliyyətinə sahib şagirdlərdi. Texnologiya dərsində sinif müəllimi Fizzə Hüseynova şagirdləri ilə birlikdə "BİTKİLƏRƏ QULLUQ" mövzusunda maraqlı dərs təqdim etdi. Onlar gətirdikləri dibçəklərə gülləri özləri əkdilər, qulluq etdilər, bu mövzuda bir-birilərinə məlumatlar verdilər. Daha sonra Fizzə müəllim bitkilərin gözəl görünməsini istəyən hər kəsə əkdiyi hər bir bitkinin qulluğunda durmaq, onların uzunömürlülüyünün artırılması, həmçinin yaraşıqlı görünüşünün saxlanması üçün bir sıra vacib şərtlər vardır ki, onlara əməl olunmasını şagirdlərə məsləhət gördü. Daha sonra quru yarpaqlardan herbari hazırladılar. Bu da şagirdlərin bacarıqlarının bir nümunəsi oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi