"Müstəqilliyimiz əbədidir" mövzusunda tədbir keçirildi

Ümummilli lider Heydər Əliyev "Müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir" məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndərin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Onun tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.
"Müstəqilliyimiz əbədidir" mövzusunda 275 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Şagirdlər rəqs, mahnı, şeir və məlumatları təqdim etdilər. Məhz orta məktəbdən şagirdlərə müstəqil yaşamaq, müstəqil dövlətimizin qədrini bilmək, onun inkişafına əlimizdən gələn köməyi göstərmək, öz dövlətini qurmaq amalı ilə yaşamağı aşılamaq müəllimlərin borcudur.