İlk dərslər 18 oktyabr-Milli müstəqillik gününə həsr edildi

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 20 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.
XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
Hər il olduğu kimi bu il də 275 nömrəli məktəbdə ilk dərslər bu mövzuda oldu. Şagirdlər öz rəsm işlərini təqdim etdilər, şeirlər, məlumatlar verdilər.