BAKI EKSPO MƏRKƏZİNDƏ TƏHSİL SƏRGİSİ KEÇİRİLDİ

Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçirildi. Məktəbin VIII d və IX ə sinif şagirdləri müxtəlif ölkələrin və Azərbaycandakı təhsil mərkəzləri barədə geniş məlumat aldılar. Sərgi “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilir. Bu sərgi ölkədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə sərgidir.
Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov qeyd edib ki, müasir dünyada insan kapitalı istənilən cəmiyyətin inkişafını təmin edən əsas göstərici olmaqla yanaşı, həm də ölkə inkişafının, onun dünya ictimaiyyətinə inteqrasiyasının göstəricisidir.
C. Bayramov sərginin gələcək abituriyentlərin bu yeniliklər ilə tanış olacağı və onları maraqlandıran sualların cavablandırılacağı yer olduğuna əminliyini ifadə edib.