Təhsil işçiləri təltif edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə çalışan təhsil işçiləri 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edilib. Öz səmərəli fəaliyyəti ilə fərqlənən təhsil işçilərinə BŞTİ Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərman və hədiyyələri təqdim olunub. Onlardan biri də 275 nömrəli məktəbin direktor müavini Bağdad Ağayeva oldu. Bütün məktəb kollektivi adından onu təbrik edirik. İşində bol şanslar arzu edirik.