Müəllimlər günü münasibətilə tədbir keçirildi

5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.
Bugün münasibətilə məktəbdə keçirilən tədbirdə şagirdlər məlumatlar, şeirlər və mahnı ifa etdilər. Divar qəzetləri hazırladılar. Məktəbin direktoru Fəridə Şərifova bütün müəllimləri təbrik etdi, bu əhəmiyyyətli gündə onlara bol uğurlar, uğurlu tədris ili arzu etdi.