MÜƏLLİMLƏR GÜNÜ MÜNASİBƏTİLƏ SURAXANI RAYON İCRA HAKİMİYYƏTİNDƏ TƏDBİR KEÇİRİLDİ

   Suraxanı rayonunda “Beynəlxalq Müəllimlər günü” münasibəti ilə geniş tədbir keçirilmişdir. Rayon ərazisində yerləşən təhsil müəssisələrində çalışan təhsil işçilərinin bir qrupunun qatıldığı tədbirdə ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən rayon məzunları da iştirak ediblər.
   Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir. Əsası Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil strategiyası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
   Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Ağacan Abiyev, Fərəc Quliyev, FHN-nin Akademiyasının rəisi Pənah Süleymanov Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında yüksək nəticə əldə edən şagirdləri həmçinin məzunumuz 11 c sinif şagirdi Aynurə Əliyevanı təbrik etdilər.
   Sonda 275 nömrəli məktəbin ingilis dili müəllimi Həsənova Vüsalə may ayında keçirilən şagird elmi konfransında iştirakı və məqaləsi dərc olunduğu üçün, həmçinin şagird nailiyyətində uğurlar qazandığı üçün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Suraxan Rayon Komitəsinin Fəxri Fərmanı ilə təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi