21 sentyabr-Beynəlxalq sülh günüdür

Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. 21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir.
Bugün də 275 nömrəli məktəbdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) əməkdaşları Beynəlxalq sülh günü münasibətilə təşkil olunan tədbirdə iştirak etdilər. Onlar bu gün münasibətilə hər kəsi təbrik edərək, bugünün vacibliyi barədə məlumat verdilər. Məktəb kitabxanasına insan hüquqları mövzusunda kitablar hədiyyə etdilər. VIII d sinfinin şagirdləri sülh mövzusunda şeirlər, məlumatlar, mahnı, rəqs təqdim etdilər. Məktəbin direktoru Fəridə Şərifova çıxışında qeyd etdi ki, bu gün qüdrətli və güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq müstəvisində həlli üçün əsaslı addımlar atır.
Sonda sülhün rəmzi ağ göyərçin səmaya uçurduldu.