Bilik Günü qeyd edildi

Ölkənin hər yerində olduğu kimi, bu il də 275 saylı tam orta məktəbdə 15 Sentyabr – Bilik Günü və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbiri keçirilib. Bilik günündə məktəbliləri təbrik etmək üçün məktəbin direktoru Fəridə Şərifova, valideynlər və məktəbin müəllim və şagird heyəti tədbirdə iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayan tədbiri giriş nitqi ilə açan məktəbin direktoru şagirdləri, müəllimləri və qonaqları salamladı. Məktəblilərə və müəllimlərə yeni tədris ilində uğurlar arzulayan direktor təhsil sahəsində şahidi olduğumuz nailiyyətlərin dövlət başçısı İlham Əliyevin ardıcıl, məqsədyönlü və Azərbaycanın gələcək inkişaf perspektivlərinə hesablanmış təhsil strategiyasından qaynaqlandığını vurğulayıb. Həmçinin bu il məktəbin əldə etdiyi uğurlarından danışıldı, yüksək bal toplayan məzunlar təbrik edildi. Daha sonra şagirdlərin ifasında şeir parçaları, rəqs nümunələri təqdim edildi.